Bank Of Baku

Pakistanın «MCB Bank»ı Azərbaycanda iri maliyyə holdinqi yarada bilər

Pakistanın «MCB Bank»ı Azərbaycanda iri maliyyə holdinqi yarada bilər
# 14 iyul 2010 07:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Pakistanın «MCB Bank»ı Azərbaycanda innovativ fəaliyyət göstərən, Qərb texnologiyasına yönəlmiş, böyük reputasiyaya malik maliyyə holdinqi yarada bilər.

Bunu «APA-Economics»ə açıqlamasında «MCB Leasing» şirkətinin İdarə Heyətinin sədri Ramal Cəfərov bildirib.

R.Cəfərovun sözlərinə görə, bura banklar, sığorta şirkətləri və investisiya yönümlü şirkətlər daxil ola bilər: «Pakistanın «MCB Bank»ı ilkin olaraq Azərbaycanın lizinq bazarına daxil olub. Növbəti mərhələdə bank tərəfindən sığorta şirkətinin yaradılması məsələsi müzakirə edilə bilər».

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Şirkətin səhmdar kapitalında 95% «MBC Bank»a, 5% isə fiziki şəxs qismində çıxış edən Namiq Səfərova məxsusdur. Şirkətin lizinq üzrə faiz dəhlizi 18-19%, ilkin ödənişi isə 30% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR