Bank Of Baku

Azərbaycanda yanvar-iyun aylarında iqtisadi artım 3,7% olub

Azərbaycanda yanvar-iyun aylarında iqtisadi artım 3,7% olub
# 14 iyul 2010 09:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artıb.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, hesabat dövründə adambaşına düşən ÜDM-in həcmi 2,5% artaraq 2 211 manata çatıb: «Cari ilin ilk yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq əməkhaqqı 5% artıb, əhalinin adambaşına düşən gəlirləri isə 8,4% artaraq 1 290 manata çatıb».

Nazirin sözlərinə görə, vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çox olub: «Əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələyib. Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5% üstələyib, pərakəndə əmtəə dövriyyəsi 8,4%, əhalinin banklardakı əmanətləri isə 29% artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR