Bank Of Baku

MBASK sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib

MBASK sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib
# 14 iyul 2010 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın MBASK sığorta şirkəti «Toyota Avalon» avtomobilinin sığortaçısına 9,365 min manat həcmində növbəti iri sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən şirkət öz müştərilərinə 1,567 mln. manatdan artıq ödəniş edib ki, bunlardan 1,110 mln. manatdan çoxu (71%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlərlə yanaşı, özəl müştərilərinə VİP xidmətini də göstərir.

Xatırladaq ki, “MBASK” sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR