Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 56% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 56% artıb
# 14 iyul 2010 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan 126 ölkə ilə 10,6 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 56% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 8,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,4 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib ki, nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-may ayları ilə müqayisədə 78,3%, idxal 4,5%, müsbət saldo isə 2,5 dəfə artıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 55,9%-i Avropa, 36,4%-i Asiya, 6,2%-i Amerika, 1,4%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 25,4%-i İtaliya, 7,9%-i İsrail, 7%-i Fransa, 6,2%-i Rusiya, 5,3%-i Ukrayna, 4,6%-i ABŞ, 4,4%-i İndoneziya, 3,9%-i Malayziya, 3,6%-i Çin, 3,4%-i Xorvatiya, 2,9%-i Türkiyə, 2,5%-i Hindistan, 1,9%-i Sinqapur, 1,8%-i Türkmənistan, 1,7%-i Gürcüstan, qalan 17,5%-i digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR