Bank Of Baku

Son bir ildə Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 2,5% artıb

Son bir ildə Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 2,5% artıb
# 14 iyul 2010 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 3,7%, yaxud müqayisəli qiymətlərlə 561,4 mln. manat artaraq 19,7 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 67,5%-i məhsul istehsalı sahələrində, o cümlədən 57,2%-i sənayedə, 6,9%-i inşaat kompleksində, 3,4%-i kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2%, o cümlədən nəqliyyatda 6,3%, ticarət və pullu xidmətdə 7,8%, rabitədə 1,6%, sosial və qeyri-formal xidmətlərdə 10,5% təşkil edib.

ÜDM-in 6,3%-i məhsula və idxala xalis vergilərin payına düşüb. Keçən ilin birinci yarısına nisbətən adambaşına ÜDM istehsalı 2,5% artaraq 2 210,6 manat (2 751,5 ABŞ dolları) olub.

Əlavə dəyər istehsalı neft sektorunda ötən illə müqayisədə 2,4%, qeyri-neft sektorunda isə 4,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR