Bank Of Baku

Bakıda «MasterCard Worldwide» kartlarının imkanları barədə seminar keçirilib

Bakıda «MasterCard Worldwide» kartlarının imkanları barədə seminar keçirilib
# 14 iyul 2010 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən «MasterCard Worldwide» beynəlxalq kart təşkilatının nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən və «MasterCard Worldwide» beynəlxalq kart təşkilatının üzvü olan kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, seminarda «MasterCard Worldwide» təşkilatının Azərbaycan üzrə yeni meneceri Hakan Acar və regional direktor Mete Güney təşkilatın əsas fəaliyyəti, təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi və ödəniş kartları bazarında uğurlu marketinqin istiqamətləri, o cümlədən öncədən ödənilmiş kart məhsulları və kontaktsız ödəmə kartları üzrə beynəlxalq təcrübə, bu sahədəki yeni texnologiyalar haqqında məlumat veriblər.

Seminarda həmçinin «MasterCard Worldwide» beynəlxalq kart təşkilatının «MoneySend» pulköçürmə sistemi haqqında da iştirakçılara məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR