Bank Of Baku

“TBC Kredit” yaxın vaxtlarda Bakı və Sumqayıtda yeni xidmət mərkəzləri açacaq

“TBC Kredit” yaxın vaxtlarda Bakı və Sumqayıtda yeni xidmət mərkəzləri açacaq
# 15 iyul 2010 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın vaxtlarda «TBC Kredit» qeyri-bank kredit təşkilatı Bakı və Sumqayıtda yeni xidmət mərkəzləri açacaq.

Təşkilatın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, strateji inkişaf planına əsasən təşkilat növbəti 5 il ərzində Bakı, Sumqayıt və Azərbaycanın digər regionlarında təxminən 15 filialın açılmasını planlaşdırır.

Yeni xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd şirkət tərəfindən müştərilərə göstərilən xidmətin daha genişləndirilməsidir. Hazırda təşkilatın Bakıda iki xidmət mərkəzi fəaliyyət göstərir.

Xatırladaq ki, «TBC Credit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan “TBC Bank”ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb. Cari ilin iyul ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 18,2 mln. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR