Bank Of Baku

ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri son bir ildə 30% artıb

ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri son bir ildə 30% artıb
# 15 iyul 2010 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 88,690 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 638 min manat və ya 0,7% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-iyun aylarında isə ARDNŞ büdcəyə 513,972 mln. manat ödəyib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 116,949 mln. manat və ya 29,5% çoxdur.

Bundan başqa, cari ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,634 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin iyun ayına nisbətən 850 min manat və ya 7,9% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 61,257 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8,434 mln. manat və ya 16% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR