Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı son bir ildə 5% artıb

Azərbaycanda orta aylıq əmək haqqı son bir ildə 5% artıb
# 15 iyul 2010 12:31 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-may aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 6,1 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, informasiya və rabitə sahəsi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 170 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 288,6 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR