Bank Of Baku

«Paşa Bank» Amsterdamda keçiriləcək beynəlxalq bank sərgisində iştirak edəcək

«Paşa Bank» Amsterdamda keçiriləcək beynəlxalq bank sərgisində iştirak edəcək
# 15 iyul 2010 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC bu ilin oktyabr ayının 25-dən-29-dək Amsterdamda (Hollandiya) keçiriləcək «SİBOS 2010» beynəlxalq bank sərgisində rəsmi eksponent qismində iştirak edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, SWIFT şirkəti tərəfindən təşkil edilən SİBOS forumları 1978-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilir. Amsterdam şəhərində forum çərçivəsində konfrans və sərgi də keçiriləcək. SİBOS sərgisi qonaqların sayına görə dünyanın ən iri bankçılıq sərgisidir.

İldə bir dəfə SİBOS şirkət və sahibkarlara əməkdaşlıq üçün yeni imkanlar yaratmaq məqsədilə maliyyə dünyasını birləşdirir. Forumda maliyyə dünyasının mühüm inkişaf problemləri, beynəlxalq maliyyə bazarlarının vəziyyəti və onları təkmilləşdirmə yolları, hesablaşma sistemlərinin inkişafı, kapital və investisiyaların hərəkəti, banklar və iri korporasiyaların qarşılıqlı əlaqəsi, yeni maliyyə xidmətlərinin inkişafı müzakirə olunur.

Qeyd edək ki, müasir və proqressiv bank üçün SİBOS yeni görüşlərin və danışıqların aparılması, əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün nüfuzlu və unikal meydandır.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR