Bank Of Baku

«Fidan Sığorta» nizamnamə kapitalını artırır

«Fidan Sığorta» nizamnamə kapitalını artırır
# 16 iyul 2010 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqustun 3-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Fidan Sığorta» ASC-nin adlı adi sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 43 min ədəd, emissiyanın ümumi həcmi isə 860 min manat təşkil edir.

«Fidan Sığorta» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda “Çelsi Kapital” şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, “Fidan Sığorta”nın nizamnamə kapitalı 61,4% artaraq 2,260 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda sığorta şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR