Bank Of Baku

Azərbaycanla Avropa İttifaqı arasında ticarət sahəsi üzrə danışıqlar davam etdiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında ticarət sahəsi üzrə danışıqlar davam etdiriləcək
# 16 iyul 2010 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi çərçivəsində ticarət üzrə müvafiq sənəd yalnız Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasından sonra imzalana bilər.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, bu məqam heç də Azərbaycanın Avropa İttifaqı ilə məhsul mübadiləsinə təsir edə bilməz: «Ötən ilin əvvəlində Azərbaycan Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına («GSP+») qoşulub və hazırda Azərbaycan sahibkarları bu proqramın imkanlarından 50-60% yararlanır. Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi çərçivəsində ticarət üzrə müvafiq sənəd yalnız Azərbaycanın ÜTT-yə üzv olacağı təqdirdə imzalanacağına baxmayaraq, biz Sazişin dördüncü qrupu - ticarət sahəsi üzrə danışıqlarımızı aparacağıq».

Qeyd edək ki, «GSP+» layihənin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olmaq və ölkənin ixrac potensialını artırmaqdır. Bu proqram vasitəsilə Azərbaycan sahibkarları məhsullarını Avropa İttifaqı ölkələrinə aşağı faiz dərəcələri ilə, həmçinin 0% dərəcəsi ilə ixrac etmək imkanı əldə edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR