Bank Of Baku

«Unibank» «VİSA günləri» lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib

«Unibank» «VİSA günləri» lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib
# 16 iyul 2010 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Unibank» cari ilin iyun ayının 16-dan avqustun 31-dək «VİSA» beynəlxalq ödəniş sisteminin plastik kartlarının bütün sahibləri üçün keçirdiyi «VİSA günləri» lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seçim bankın baş ofisində, iyun ayının 16-dan iyulun 14-dək bankomatlar, POS-terminallar və internet vasitəsilə 76 mindən artıq əməliyyat yerinə yetirmiş 1797 «VİSA» kart sahibləri arasında aparılıb. Aksiyasının birinci tirajının nəticələrinə görə, Antalyaya bir həftəlik turun sahibi son ay ərzində öz kredit kartı üzrə 77 tranzaksiya yerinə yetirmiş Şəki sakini E.Atayev olub.

Antalyaya birinci turun sahibi daxil olmaqla, bütün qaliblər iyul ayının 15-də, müstəqil müşahidəçilər, jurnalistlər və Bankın müştərilərindən təşkil olunan yeddi nəfərdən ibarət lotereya komissiyasının iştirakı ilə müəyyən edilib.

Tirajda həmçinin «i-Pod» musiqi pleyerlərinin üç sahibi, eyni zamanda üç ədəd rəqəmsal “Canon A490” markalı fotokameranın qalibləri müəyyənləşib. “VİSA günləri” kampaniyası çərçivəsində mükafatların növbəti tirajı bu ilin avqust ayının 10-da keçiriləcək.

Xatrırladaq ki, lotereya aksiyasında əmək haqqı kartları, habelə Britaniya funtu ilə olan yeni «VİSA» kartları da daxil olmaqla, “Unibank”ın buraxdığı bütün fərdi «VİSA» kartlarının sahibləri (bank əməkdaşlarının kartları istisna olmaqla) iştirak edə bilərlər. Bu zaman ən azı 20 manat (dollar, avro və funt) məbləğində olan hər bir əməliyyat «Unibank» tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilir, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR