Bank Of Baku

«Kapital Bank»ın mənfəəti ötən bir ildə 76% azalıb

«Kapital Bank»ın mənfəəti ötən bir ildə 76% azalıb
# 17 iyul 2010 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 682,085 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 91,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfelinin həcmi 61% artaraq 307,358 mln. manata, o cümlədən əhalinin əmanətləri 4,6% ataraq 156,153 mln. manat, kredit portfeli 2,3 dəfə artaraq 404,708 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 6,8% artaraq 71,629 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 9,4% artaraq 73,689 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 24 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 7,6% artaraq 32,243 mln. manat, xərcləri isə 37,2% artaraq 30,374 mln. manata çatıb. Nəticədə son bir ildə bankın mənfəəti 76% azalaraq 1,869 mln. manat olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 326 bankomatı və 411 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR