Bank Of Baku

Barak Obama: “Respublikaçı konqresmenlər ölkə iqtisadiyyatının bərpasına mane olur”

Barak Obama: “Respublikaçı konqresmenlər ölkə iqtisadiyyatının bərpasına mane olur”
# 19 iyul 2010 07:59 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama respublikaçı konqresmenləri ölkə iqtisadiyyatının bərpasına mane olmaqda suçlayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, prezident bu ittihamı ənənəvi həftəlik müraciətində səsləndirib.

Ağ Ev rəhbəri bildirib ki, respublikaçı konqresmenlər bir çox vacib qanun layihələrinin qəbuluna, o cümlədən işsizlər üçün güzəştlərin və kiçik biznesin kreditləşməsinin həyata keçirilməsinə mane olurlar.

B.Obamanın fikrincə, işsizlər üçün güzəştləri qəbul etmək təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi baxımdan vacibdir. Respublikaçılar isə iddia edirlər ki, bu qanun layihəsi əhalinin iş axtarmaq arzularının üstündən xətt çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR