Bank Of Baku

Almaniya Azərbaycanla ticarət dövriyyəsini kəskin artırmaq niyyətindədir

Almaniya Azərbaycanla ticarət dövriyyəsini kəskin artırmaq niyyətindədir
# 19 iyul 2010 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Almaniya Azərbaycanla ticarət dövriyyəsini 4,7 dəfə artırmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Azərbaycanda səfərdə olan Almaniyanın federal iqtisadiyyat və texnologiya naziri Andreas Neuman bildirib ki, Azərbaycanla Almaniya arasında 2009-cu ildə maliyyə böhranı ucbatından ticarət dövriyyəsinin azalmasına baxmayaraq, 2010-cu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi 30% artıb: «Bu ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsi 2 mlrd. avronu keçəcəyi proqnozlaşdırılır».

Qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 551,5 mln. ABŞ dolları (424,2 mln. avro) təşkil edib. Bu ilin ilk beş ayı ərzində isə ticarət dövriyyəsinin həcmi 161,1 mln. dollar (124 mln. avro) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR