Bank Of Baku

Son bir ildə «KredoBank»da aktivlərin həcmi 33% artıb

Son bir ildə «KredoBank»da aktivlərin həcmi 33% artıb
# 19 iyul 2010 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «KredoBank» ACS-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 67,496 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə nisbətən 33,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 8,4% artaraq 11,713 mln. manat, o cümlədən əhalinin əmanətləri 25% artaraq 9,500 mln. manata çatıb. Həmçinin bankın kredit portfeli 49% artaraq 49,937 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 28% artaraq 9,321 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 2,8% artaraq 14,356 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,040 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın ümumi gəlirləri 2,1 dəfə artaraq 5,091 mln. manat, xərcləri isə 2 dəfə artaraq 4,770 mln. manat olub. Nəticədə son bir il ərzində bankın mənfəəti təxminən 2,9 dəfə artaraq 0,321 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın işçilərinin sayı 5,2% artaraq 161 nəfərə, orta aylıq əmək haqqı 13% artaraq 305 manata çatıb. Həmçinin bu dövrdə bankın müştərilərinin sayı 24% artaraq 24 458-ə, o cümlədən fiziki şəxslərin sayı 25% artaraq 21 953-ə və hüquqi şəxslərin sayı isə 19% artaraq 2 505-ə çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 14 filialı, 5 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR