Bank Of Baku

Beynəlxalq Valyuta Fondu öz kapitalını 3 trln. dollara qədər artırır

Beynəlxalq Valyuta Fondu öz kapitalını 3 trln. dollara qədər artırır
# 19 iyul 2010 16:59 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) öz kredit ehtiyatlarının həcmini 3 trln. dollara qədər artırmaq qərarına gəlib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, fond bununla qlobal maliyyə böhranı ilə mübarizədə öz mövqelərini gücləndirməyə çalışır.

BVF-nin rolunun yüksəldilməsin üçün bu qurumun icraçı direktoru Dominik Stross-Kan lobbiçilik edir. Onun fikrincə, cari ildə dünya iqtisadiyyatı üçün resessiya gözlənilməsə də, böhrandan sonra bərpa üçün təhlükələr qalmaqdadır. O cümlədən Avropadakı borc böhranı və ABŞ-da yüksək işsizlik səviyyəsi iqtisadi artıma mane olur.

BVF-nin kapitalının artırılması barədə qərar cari ilin noyabrında “Böyük 20-lik” ölkələrinin Seulda keçiriləcək sammitində qəbul oluna bilər. Hazırda bu göstərici 2009-cu ildə müəyyənləşdirilmiş səviyyədədir - 750 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR