Bank Of Baku

İyulun 23-də Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

İyulun 23-də Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 20 iyul 2010 10:42 (UTC +04:00)
Baş nazirin mətbuat katibi Nikoloz Mçedlişvili APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, səfər çərçivəsində Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək: “Hər 6 aydan bir bütün ölkələrlə hökumətlərarası komissiyanın yığıncağında gündəlik və vacib məsələləri müzakirə edirik”.

N.Mçedlişvili qeyd edib ki, hökumətlərarası komissiyanın budəfəki iclasında Tiflis-Axalxalaki-Qars dəmiryolunun tikintisinin sürətləndirilməsi məsələsi, eyni zamanda Gürcüstana təbii qazın çatdırılması, iki ölkə arasında tranzit potensialının artırılması məsələləri üzrə işçi qrupunun yaradılması məsələsi, Bakı-Rustavi avtomobil yolunun və 500 kilovoltluq elektrik xəttinin tikintisi məsələləri müzakirə olunacaq. Hələ nümayəndə heyətinə kimlərin daxil ediləcəyi məlum deyil, amma dəqiqdir ki, Bakıya baş nazirin məsləhətçisi və bir neçə nazir səfər edəcək”.

Mətbuat katibinin sözlərinə görə, Gürcüstanın baş naziri Nika Gilaurinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə də görüşü gözlənilir: “Səfər bir gün çəkəcək, axşam nümayəndə heyəti geri qayıdacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR