Bank Of Baku

ASB «Bestcomp Group» mağazalar şəbəkəsi ilə əməkdaşlığa başlayıb

ASB «Bestcomp Group» mağazalar şəbəkəsi ilə əməkdaşlığa başlayıb
# 20 iyul 2010 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC «BestComp Group» şirkəti ilə məişət texnikasının krediti kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, “Bestel-Everbest” mağazalar şəbəkəsindən portativ kompüter (noutbuk, netbuk), personal kompüter, printer və digər texniki avadanlıqları əldə etmək istəyən istehlakçılar sərfəli kredit şərtlərindən istifadə edə bilərlər.

İstehlakçılar hər alınacaq kompüter və texniki avadanlığa görə ilkin ödənişsiz, 300 manatdan 1500 manata kimi minimum illik 22% olmaqla, maksimum 18 aya qədər bankdan kredit götürə bilərlər.

Xatırladaq ki, ASB 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106,318 mln. manat, depozit portfeli 73,002 mln. manat, kredit portfeli 72,634 mln. manat, məcmu kapitalı 24,887 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 min. manat təşkil edir.

Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 261 POS-terminalı mövcuddur. Bankın 254 mindən çox müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR