Bank Of Baku

«Unibank»ın depozit portfeli son bir ildə 55% artıb

«Unibank»ın depozit portfeli son bir ildə 55% artıb
# 20 iyul 2010 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 338,181 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricisinə nisbətən 1,1% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 55,2% artaraq 148,143 mln. manat, kredit portfeli 11% azalaraq 226,957 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 7% azalaraq 133,576 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 24,3% azalaraq 56,933 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 30 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 25,7% azalaraq 22,498 mln. manat, xərcləri isə 18,3% azalaraq 22,689 mln. manat olub. Nəticədə bu ilin yanvar-iyun aylarında bankın zərəri 190,31 min manat təşkil edib. Bu dövrdə bankın işçilərinin sayı 9,6% artaraq 593 nəfərə, orta aylıq əmək haqqı isə 7% artaraq 1 090 manat təşkil edib.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul 1-nə bankın 25 filialı, 60 bankomatı və 207 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR