Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi pulların yuyulmasına qarşı mübarizə mövzusunda seminarlar təşkil edəcək

Azərbaycan Bank Tədris Mərkəzi pulların yuyulmasına qarşı mübarizə mövzusunda seminarlar təşkil edəcək
# 20 iyul 2010 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) və Maliyyə Monitorinqi Xidməti pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericiliyin şərhi məqsədi ilə 2010-cu ildə keçirilən 10 pulsuz seminar təşkil edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarlar banklarda pulların yuyulmasına qarşı mübarizəyə nəzarət üçün məsul strukturların rəhbərləri üçün nəzərdə tutulub. Yerlər məhdud olduğu üçün hər bir seminarda bir bankdan yalnız iki dinləyici iştirak edə bilər və qeydiyyat “İlk müraciət edən birinci qeydiyyata alınır” prinsipi ilə aparılır.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR