Bank Of Baku

«Azərenerji» ASC-də Azərbaycan mətbuatının yaranmasının 135-ci illiyi qeyd olunub

«Azərenerji» ASC-də Azərbaycan mətbuatının yaranmasının 135-ci illiyi qeyd olunub
# 20 iyul 2010 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün «Azərenerji» ASC-də Azərbaycan mətbuatının yaranmasının 135-ci illiyi qeyd olunub.

«APA-Economics»in məlumatına görə, öncə mətbuat nümayəndələrinin Sumqayıt şəhərində yerləşən 525 MVt-lıq «Sumqayıt» elektrik stansiyasına səfəri təşkil olunub.

Tədbir daha sonra «Azərenerji» ASC-nin baş ofisində davam etdirilib. Tədbirdə çıxış edən «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli jurnalistlərin energetiklərlə əməkdaşlığının yüksək səviyyədə olduğunu, Azərbaycan mətbuatında hər gün enerji sektorunda baş verən yeniliklərin işıqlandırıldığını vurğulayıb.

Sonda jurnalistlərə hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR