Bank Of Baku

«Muğan Bank» son bir ildə depozit portfelini 55% genişləndirib

«Muğan Bank» son bir ildə depozit portfelini 55% genişləndirib
# 20 iyul 2010 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 171,618 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 47,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 54,9% genişlənərək 75,828 mln. manat, kredit portfeli 68,2% artaraq 117,278 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 21,2% artaraq 19,930 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 13,8% artaraq 24,126 mln. manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 20 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 62% artaraq 11,019 mln. manat, xərcləri isə 33% artaraq 9,031 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti 99 dəfə artaraq 1,598 mln. manat olub.

Bu dövr ərzində bank tərəfindən əlavə 3 filial açılıb, 3 bankomat və 7 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 29 filialı, 32 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR