Bank Of Baku

«Bank Avrasiya»nın depozit portfeli son bir ildə 15% azalıb

«Bank Avrasiya»nın depozit portfeli son bir ildə 15% azalıb
# 21 iyul 2010 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 46,031 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 4,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 14,7% azalaraq 18,997 mln. manat, kredit portfeli 2,5% azalaraq 21,226 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 45,3% azalaraq 4,198 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 4% azalaraq 20,431 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 36% azalaraq 1,969 mln. manat, xərcləri isə 19% azalaraq 1,738 mln. manat olub. Nəticədə son bir ildə bankın mənfəəti 75% azalaraq 0,231 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 4 bankomatı və 24 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR