Bank Of Baku

«AGBank»ın aktivləri son bir ildə 18% artıb

«AGBank»ın aktivləri son bir ildə 18% artıb
# 21 iyul 2010 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “AGBank” ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 210,296 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 17,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 17,7% azalaraq 106,707 mln. manat, o cümlədən əhalinin əmanətləri 21% azalaraq 88,503 mln. manata, kredit portfeli 12,3% azalaraq 163,849 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 16% artaraq 11,776 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 7,2% azalaraq 30,816 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 3,5% azalaraq 19,301 mln. manata, xərcləri isə 15% azalaraq 16,063 mln. manata çatıb. Nəticədə bankın mənfəəti 3 dəfə artaraq 3,239 mln. manat olub. Bu müddət ərzində bankın işçilərinin sayı 10% azalaraq 441 nəfər, orta aylıq əmək haqqı 11% azalaraq 800 manat, müştərilərin sayı isə 11% artaraq 78 759-a çatıb.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 387 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR