Bank Of Baku

“AFB Bank” “Platinum” kart sahiblərinə “Quintessentially” konsyerj xidmətini təklif edir

“AFB Bank” “Platinum” kart sahiblərinə “Quintessentially” konsyerj xidmətini təklif edir
# 21 iyul 2010 09:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AFB Bank» ASC «Platinum» kart sahiblərinə dünyanın xüsusi üzvlər klubu olan və «De Luxe» xidmətlərini göstərən «Quintessentially» konsyerj xidmətini təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra «AFB Bank»ın «Platinum» kredit kartı sahibləri «Quintessentially»nin dünya üzrə 52 ofisinin xidmətlərinə çıxış əldə edəcəklər.

«Quintessentially» xidməti günün 24 saatı, ilin 365 günü «AFB Bank»ının «Platinum» kart sahiblərinə qlobal dəstək verməklə bütün dünyada xüsusi tədbirlərə, film təqdimatlarına, qala gecələrinə, konsertlərə, eksklüziv restoran və otellərə müstəsna keçid hüququnu təklif edəcək. «Quintessentially» üzvlük kartı hazırda sayı 20 mindən artıq olan və daim artan xüsusi üstünlüklər təqdim edir.

Qapalı Britaniya klubu olan «Quintessentially» yüksək təbəqəni təmsil edən insanlar üçün nəzərdə tutulmuş və 24 saat fəaliyyət göstərən dünya miqyaslı konsyerj xidmətidir. «Quintessentially» klubunun nümayəndəlikləri London, Nyu-York, Dubay, Honkonq, Keyptaun, Paris, Yohannesburq, Los-Anceles, Mayami, Kann, Beyrut, Oslo, Stokholm, Helsinki, Küveyt, Kopenhagen, Moskva və dünyanın digər böyük şəhərlərində mövcuddur.

Sonuncu dəfə öz nümayəndəliklərini Əbu-Dabi, Brüssel, Panama, Sidney, Kiyev və Bakıda açaraq ümumilikdə 52 ofisi olan «Quintessentially» genişlənməyə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR