Bank Of Baku

«Royal Bank»ın kredit portfeli son bir ildə 36% genişlənib

«Royal Bank»ın kredit portfeli son bir ildə 36% genişlənib
# 21 iyul 2010 10:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Royal Bank” ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 156,814 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,6% azalaraq 69,705 mln. manata, o cümlədən əhalinin əmanətləri 66,261 mln. manata çatıb.

Bu müddət ərzində bankın kredit portfeli 36% artaraq 117,397 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35% artaraq 101,496 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 12,7% azalaraq 18,868 mln. manat, o cümlədən nizamnamə kapitalı 8% artaraq 20,639 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın işçilərinin sayı 7,7% artaraq 604 nəfərə, orta aylıq əmək haqqı isə 7,8% artaraq 567 manata çatıb. Bu dövr ərzində bankın müştərilərinin sayı 27,4% artaraq 49 553-ə, o cümlədən fiziki şəxslərin sayı 26% artaraq 47 629-a, hüquqi şəxslərin sayı isə 80% artaraq 1 924-ə çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktiv plastik kartlarının sayı 23 986, o cümlədən debet kartlarının sayı 21 671 və kredit kartlarının sayı 2 315 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR