Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Latviyadakı böhranda ölkənin Mərkəzi Bankını günahkar sayır

Beynəlxalq Valyuta Fondu Latviyadakı böhranda ölkənin Mərkəzi Bankını günahkar sayır
# 21 iyul 2010 14:38 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Beynəlxalq Valyuta Fondu Latviyada müşahidə olunan böhranın yaranmasında ölkənin Mərkəzi Bankını təqsirli bilib.

«APA-Economics»in məlumatına görə, fondun ekspertləri Bazsa Baker və Anna Mariya Qulbe öz hesabatlarında nə Latviya rəhbərlərinin, nə də Mərkəzi Bankının sədrinin adlarını çəkmirlər.

Ekspertlərin rəyinə görə, böhranın yaranmasına yerli MB-nin siyasəti səbəb olub – bank böhrandan öncəki dövrdə xüsusi kreditlərin həcmlərinin artmasına qarşı tədbirlər görməyib.

Qeyd edək ki, Latviya iqtisadiyyatı 2000-ci illərdə əhəmiyyətli dərəcədə xarici banklardan asılı olub. Lakin 2008-ci ildə ABŞ və Avropadakı kredit böhranı beynəlxalq maliyyə bazarlarının işinin dondurulmasına və Latviyadan kapitalın kəskin axınına gətirib çıxarıb. Ölkə hökuməti bank sistemini milliləşdirmək məcburiyyətində qalıb, eyni zamanda müəssisələrin və fərdi şəxslərin kreditləşməsi dayandırılıb.

Ötən il Latviyada ÜDM 18% azalıb, işsizliyin səviyyəsi isə 20%-ə yaxınlaşıb. Bu, Baltikyanı ölkələrdə ən pis göstərici, Avropa ölkələrində pis göstəricilərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR