Bank Of Baku

«Bank Standard»ın depozit portfeli son bir ildə 47% artıb

«Bank Standard»ın depozit portfeli son bir ildə 47% artıb
# 21 iyul 2010 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 571,948 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-i ilə müqayisədə 10,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,4% artaraq 374,121 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 31,3% azalaraq 44,044 mln. manat, depozit portfeli isə 47,3% artaraq 234,182 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 9% azalaraq 73,569 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,2% artaraq 75 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın ümumi gəlirləri 8,9% azalaraq 36,168 mln. manat, xərcləri isə 3% artaraq 33,106 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti son bir ildə 60% azalaraq 3,062 mln. manat olub.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR