Bank Of Baku

«DekaBank»ın mənfəəti son bir ildə 21% artıb

«DekaBank»ın mənfəəti son bir ildə 21% artıb
# 21 iyul 2010 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DekaBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 35,872 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 12,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 11,5% artaraq 9,911 mln. manat, kredit portfeli 1,8% azalaraq 24,748 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 10,7% artaraq 9,549 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 86% artaraq 14,797 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,4% artaraq 12,439 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 14,3% artaraq 3,379 mln. manat, xərcləri isə 41% artaraq 1,366 mln. manat olub. Nəticədə bankın mənfəəti son bir il ərzində 21% artaraq 2,013 mln. manat təşkil edib.

Xatırladaq ki, «DekaBank» 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin iyul ayının 1-nə bankın 7 filialı, 1 bankomatı və 16 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR