«Günay Sığorta» nizamnamə kapitalını artırır
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 050 ədəd, emissiyanın ümumi həcmi isə 1,050 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 65,6% artaraq 2,65 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» çıxış edəcək.
Qeyd edək ki, bu ilin may ayının 7-dən etibarən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Günay Sığorta», «Amrah Sığorta» və «Azal Sığorta» şirkətlərinin sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsini dayandırıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi göstərilir.
Nazirlikdən həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Bu vaxt çərçivəsində normativlərə əməl etməyən şirkətlərin lisenziyalarının ləğv ediləcəyi bildirilib. Artıq «Amrah Sığorta» və «Azal Sığorta» bütün tələbləri yerinə yetirib.
Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üçün minimum məcmu kapital tələbi 2010-cu il yanvar ayının 1-nə 2 mln. manat həcmində olmalıdır. Bu məbləğ 2011-ci il yanvarın 1-nə 3,5 mln. manata, 2012-ci il yanvar ayının 1-nə isə 5 mln. manata çatdırılmalıdır. Yeni yaradılan sığorta şirkətləri üçün isə minimum kapital tələbi 5 mln. manat təşkil edir.
Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100% yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. «Günay Sığorta»nın hazırkı kapitalı 1,6 mln. manat təşkil edir. Şirkət yaxın bir ay ərzində lisenziyasını bərpa edəcək.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT
Prezident İlham Əliyev Britaniya Kralına təbrik ünvanlayıb
Nazir: Tam orta təhsil modelində müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur
İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
Emin Əmrullayev: Uşaqlar "Son zəng"i necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirib
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək