Bank Of Baku

Barak Obama ABŞ-ın maliyyə sektorunda islahatlar haqqında fərman imzalayıb

Barak Obama ABŞ-ın maliyyə sektorunda islahatlar haqqında fərman imzalayıb
# 22 iyul 2010 08:06 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama ölkənin maliyyə sektorunda islahatlar haqqında fərman imzalayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, 2008-2009-cu illərdəki maliyyə böhranının təkrarlanmasının qarşısını almağa yönəlmiş sənəd Konqresdən çətinliklə keçib. Bu ilin martında qəbul edilmiş səhiyyə sisteminin islahatı haqqında qanundan sonra bu, Barak Obama administrasiyasının ikinci qələbəsidir.

Maliyyə sektorunun islahatı haqqında qanun layihəsinin təntənəli imzalanma mərasimi bu gün Vaşinqtonda keçirilib. Mərasimdə əsas islahat tərəfdarları, o cümlədən ABŞ Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Pol Volker iştirak edib.

B.Obama çıxışında həyata keçirdiyi islahatların istehlakçıların müdafiəsinə yönəldiyini vurğulayıb: “Bu sistemin fəaliyyətini yeni nəzarətedici orqan tənzimləyəcək. Onun yalnız bir işi olacaq – bankların, kreditorların, investisiya kompaniyalarının deyil, insanların qayğısına qalmaq. Bununla da böhran dövründə kredit təşkilatlarına maliyyə yardımı vergi ödəyicilərinin cibindən ödənilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR