Bank Of Baku

MBASK şirkəti “Hyundai Matrix” avtomobilinə 9,430 min manat sığorta ödənişi edib - FOTO

MBASK şirkəti “Hyundai Matrix” avtomobilinə 9,430 min manat sığorta ödənişi edib - <font color=red>FOTO</font>
# 22 iyul 2010 08:22 (UTC +04:00)
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən MBASK sığorta şirkəti öz müştərilərinə 1,797 mln. manatdan artıq ödəniş həyata keçirib, bunun da 1,229 manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd etmək lazımdır ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı, özəl müştərilərə «VİP-xidmət»ini də göstərir.

Xatırladaq ki, MBASK sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR