Bank Of Baku

«Gəncəbank»ın depozit portfeli son bir ildə 19% artıb

«Gəncəbank»ın depozit portfeli son bir ildə 19% artıb
# 22 iyul 2010 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 42,502 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 19% artaraq 3,551 mln. manat, o cümlədən əhalinin əmanətləri 31,3% artaraq 3,117 mln. manat, kredit portfeli 44,3% artaraq 29,417 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 66,2% artaraq 3,935 mln. manat olub.

Eyni zamanda bankın məcmu kapitalı 22,4% artaraq 17,163 mln. manata, o cümlədən nizamnamə kapitalı 24% artaraq 15 mln. manata çatıb.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 1,8% azalaraq 2,010 mln. manat, xərcləri isə 6,7% artaraq 1,440 mln. manat olub. Nəticədə bankın mənfəəti 18,1% azalaraq 570 min manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı 1,9% artaraq 2 363, o cümlədən fiziki şəxslərin sayı 1,8% artaraq 2 008, hüquqi şəxslərin sayı isə 2% artaraq 355 olub. Bankın işçilərinin sayı 11% azalaraq 72 nəfərə, orta aylıq əmək haqqı isə 47% artaraq 767 manata çatıb.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 15 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR