Bank Of Baku

«AtaBank»ın aktivləri son bir ildə 17% artıb

«AtaBank»ın aktivləri son bir ildə 17% artıb
# 22 iyul 2010 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 208,668 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici müqayisədə 16,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 23% artaraq 173,529 mln. manat, o cümlədən əhalinin əmanətləri 37% artaraq 83,239 mln. manata çatıb. Bu müddət ərzində bankın kredit portfeli 10,1% artaraq 124,958 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 17,6% azalaraq 31,744 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,2% azalaraq 27,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 12% artaraq 16,8 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 15% azalaraq 11,072 mln. manat, xərcləri isə 6,5% artaraq 10,713 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti 87,7% azalaraq 358,6 min manat olub.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 20 filialı, 50 bankomatı, 284 POS-terminalı və 286 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR