Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 18% azalıb

«YapıKredi Bank Azerbaijan»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 18% azalıb
# 22 iyul 2010 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 171,168 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 13,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 69,4% artaraq 70,319 mln. manat, o cümlədən əhalinin əmanətləri 18% azalaraq 10,496 mln. manat olub.

Bankın kredit portfeli 2,8 dəfə artaraq 56,853 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,6% artaraq 3,753 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 15,5% artaraq 47,307 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,2% artaraq 27,209 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 44% artaraq 9,558 mln. manat, xərcləri isə 41% artaraq 5,639 mln. manat olub. Nəticədə bankın mənfəəti son bir il ərzində 48,4% artaraq 3,919 mln. manat təşkil edib. Həmçinin bu dövr ərzində bank əlavə 1 filial açıb, 3 bankomat və 16 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 3,16% artaraq 17 716-ya, o cümlədən fiziki şəxslərin sayı 2,3% artaraq 15 986-ya, hüquqi şəxslərin sayı isə 12% artaraq 1,730-yə çatıb. Bu müddət ərzində bankın işçilərinin sayı 20% artaraq 128 nəfər, orta aylıq əmək haqqı isə 1,6% artaraq 1 724 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR