Bank Of Baku

Sabah Gürcüstanın baş naziri Nika Gilauri Azərbaycana səfərə edəcək

Sabah Gürcüstanın baş naziri Nika Gilauri Azərbaycana səfərə edəcək
# 22 iyul 2010 12:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Sabah Gürcüstanın baş naziri Nika Gilaurinin başçılığı ilə 50 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə edəcək.

Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan hökumətinin mətbuat xidmətinin rəhbəri Nikoloz Mçedlişvili məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra vacib məsələlər, o cümlədən Tiflis-Axalkalaki-Qars dəmiryol magistralının və Rustavi-Bakı avtomobil şosesinin tikintisi müzakirə olunacaq: “Nika Gilauri Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyanın işində iştirak edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşü də gözlənilir”.

N.Mçedlişvili qeyd edib ki, səfər çərçivəsində baş tutacaq müzakirələrdə Gürcüstanın iqtisadiyyat naziri Aleksandr Xetaquri və digər nazirlik və idarələrin rəhbərləri iştirak edəcəklər.

Nümayəndə heyəti həmin gün Gürcüstana qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR