Bank Of Baku

Son bir ildə “United Credit Bank”ın əsas maliyyə göstəricilərində kəskin artım olub

Son bir ildə “United Credit Bank”ın əsas maliyyə göstəricilərində kəskin artım olub
# 22 iyul 2010 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 40,468 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 22% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin “APA-Economics”ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,3% artaraq 31,197 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 29% artaraq 12,172 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 47,5% genişlənərək 13,235 mln. manata, o cümlədən müddətli depozitlər 37% artaraq 10,121 mln. manat, tələbli depozitlərin həcmi isə 2 dəfə artaraq 3,114 mln. manat olub. Müddətli depozitlərin strukturunda fiziki şəxslərin depozitləri 33,7% artaraq 7,667 mln. manat, hüquqi şəxslərin depozitləri isə 46,4% artaraq 2,454 mln. manat təşkil edib. Eyni zamanda tələbli depozitlərdə hüquqi şəxslərin depozitləri 5,6 dəfə artaraq 1,559 mln. manat, fiziki şəxslərin depozitləri isə 27,4% artaraq 1,468 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövrünün sonuna bankın məcmu kapitalı 12,478 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında bankın gəlirləri 2,680 mln. manat, xərcləri isə 3,834 mln. manat olub. Ümumi gəlirlərin 2,375 mln. manatı faiz gəlirlərinin, 305 min manatı isə qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclərin strukturunda faiz xərclərinin payı 1,212 mln. manat, qeyri-faiz xərcləri isə 2,622 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın 5 filialı, 5 bankomatı, 7 POS-terminalı və 121 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR