Bank Of Baku

«Bank of Baku»nun mənfəəti son bir ildə 58% artıb

«Bank of Baku»nun mənfəəti son bir ildə 58% artıb
# 22 iyul 2010 15:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 216,418 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 50% artaraq 120,021 mln. manat, kredit portfeli 26,4% artaraq 154,241 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 41,2% artaraq 126,298 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 7,1% artaraq 33,112 mln. manat, o cümlədən nizamnamə kapitalı 89% artaraq 12,852 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 22,5% artaraq 22,704 mln. manata, xərcləri isə 12,2% artaraq 16,128 mln. manata çatıb. Nəticədə son bir il ərzində bankın mənfəəti 58% artaraq 6,576 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 26 bankomatı və 201 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR