Bank Of Baku

«Muğanbank» müştərilərə «Muganbank Forex» adlı yeni məhsulunu təqdim edib

«Muğanbank» müştərilərə «Muganbank Forex» adlı yeni məhsulunu təqdim edib
# 23 iyul 2010 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğanbank» ASC «Muganbank Forex» adlı yeni məhsulunu təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni məhsul müxtəlif valyutalar arasında kapital qoyuluşlarının diversifikasiyası üzrə onları dünyanın və daxili valyuta bazarlarının konyuktura şərtlərində mənfi dəyişikliklərdən qorumaq məqsədilə əlavə imkanlar verir.

Valyuta mübadilə əməliyyatları üzrə dünya təcrübəsinin inkişaf səviyyəsi bu gün banklara müasir yüksək texnoloji avadanlıq və texnologiyalardan istifadə etməklə on-line rejimdə valyuta alqı-satqısını həyata keçirməyə imkan verir ki, bu da əməliyyatların yeni potensial gəlirlilik sahələrinin əldə edilməsinə kömək edir.

Alınan-satılan valyutaların geniş spektri, investorlar üçün şəffaflıq və əlverişlilik - bütün bunlar Forex bazarını bankın çoxsaylı potensial müştəriləri üçün onların valyuta-mübadilə əməliyyatlarının həyata keçirilməsində tələbatlarının ödənilməsi baxımından olduqca cəlbedici edir.

«MuganBank Trading Station» ticarət platforması investora eyni vaxtda 80-dən çox ticarət instrumentləri ilə işləmək, bazarların operativ texniki təhlilini aparmaq və onların dəqiqliyi ən dar spredli məzənnə əldə etməklə tamdan sonra beşinci rəqəmə kimi dəqiq müəyyən olunan cari qiymətlər üzrə hərəkətini izləmək imkanı verir.

Lakin treyderlər üçün ən əsas üstünlüklərdən biri bank tərəfindən investisiya olunan vəsaitlərin qorunmasına zəmanətin verilməsi və həmin vəsaitlərin idarə olunmasına etibarlı çıxışın təmin olunması, partnyorun, yəni maliyyə bazarında çoxillik təcrübəsi və qüsursuz reputasiyası olan bankın real yaxınlığına və etibarlılığına əmin olmaqdır.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR