Bank Of Baku

“AzSığorta” şirkəti bu ilin I yarısında 5,850 mln. manat həcmində sığorta haqqı toplayıb

“AzSığorta” şirkəti bu ilin I yarısında 5,850 mln. manat həcmində sığorta haqqı toplayıb
# 23 iyul 2010 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 5,850 mln. manata çatıb.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Fuad Sadıqov bildirib.

F.Sadıqovun sözlərinə görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 533,450 min manat təşkil edib. Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Yüklərin sığortası» (2,083 mln. manat), «Milli Məclisin deputatlarının icbari şəxsi sığortası» (1,567 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (0,8 mln. manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 36%, 27% və 14% təşkil edib.

Ödənişlərə gəldikdə isə bu ilin birinci yarısında ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (163,493 min manat), «Kredit sığortası» (119,868 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (106,555 min manat) növləri üzrə ödənilib. Bu növlərin məcmu sığorta ödənişlərində xüsusi çəkisi müvafiq olaraq 31%, 22,4% və 20% olub.

Xatırladaq ki, “AzSığorta” şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR