Bank Of Baku

«Unibank» nizamnamə kapitalını artırır

«Unibank» nizamnamə kapitalını artırır
# 23 iyul 2010 15:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Unibank» ASC-nin adi adlı sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 5,796 mln. ədəd, emissiyanın ümumi həcmi isə 11,592 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 39% artaraq 41,592 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «UniCapital» çıxış edəcək.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 338,181 mln. manat, depozit portfeli 148,143 mln. manat, kredit portfeli 226,957 mln. manat, məcmu kapitalı 56,933 mln. manat, o cümlədən nizamnamə kapitalı 30 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR