Eyni zamanda bu makroiqtisadi indeksin artım tempi son üç ay ərzində müəyyən dərəcədə azalıb.
Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Beləliklə, 2010-cu ilin yanvar-iyun ayları üzrə indeksi əhalinin gəlirlərinin xərclərinin iki əsas istiqamətini 39% üstələyir.
Qeyd edək ki, əhalinin alıcılıq qabiliyyəti indeksinin artması ya gəlirlərin artması, ya da xərclərin iki əsas istiqamətə yönəldilən vəsaitlərin məcmusunun azalması nəticəsində baş verə bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun ayları üzrə əhalinin gəlirləri illik müqayisədə 9,7%, pərakəndə əmtəə dövriyyəsi 8,4%, xidmətlərin dəyəri isə 10,5% artıb. Beləliklə, xərclərin azalması müşahidə olunmadığından əhalinin alıcılıq qabiliyyəti indeksinin artması ilk növbədə gəlirlərin artması ilə bağlıdır.
Cari ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsi 6 258,6 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 026,4 mln. manat, əhalinin gəlirləri isə 11 483,7 mln. manat təşkil edib.