Bank Of Baku

Azərbaycan Mərkəzi Bankında “EMC Documentum” həlləri tətbiq olunur

Azərbaycan Mərkəzi Bankında “EMC Documentum” həlləri tətbiq olunur
# 26 iyul 2010 11:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın Mərkəzi Bankında EMC məhsullarının adaptasiyası və tətbiqi həyata keçirilir. İKT mərkəzindən “APA-Economics”ə verilən məlumata əsasən, layihə işlərini “EMC” korporasiyasının Azərbaycandakı yerli tərəfdaşı “Sinam” şirkəti icra edir.
Hazırda Mərkəzi Bankda tətbiq olunmaqda olan əsas həllərdən biri “EMC Documentum Webtop” həllidir. Bu həll standart müşahidəçi proqramında saxlama və məzmunun idarəsi xidmətlərinə girişi təqdim edir. “Documentum Webtop” axtarış sistemi serverdə yerləşdirilmiş kontentin tam məzmunu üzrə axtarış həyata keçirməyə imkan verir.
Bankda sənəd mübadiləsinə cavabdeh olan əsas “EMC” məhsulundan başqa istismar xərclərini azaltmağa və yazıların saxlama siyasətlərini, həmçinin sahəyə aid və dövlət normativlərini icra etməyə yardım edən növbəti nəsil elektron poçtunun arxivləşdirilməsi üçün nəzərdə tutulmuş “EMC SourceOne Email Management for IBM Lotus Notes Domino” həll də tətbiq olunub. “EMC SourceOne Email Management for IBM Lotus Notes Domino” həlli arxivləşdirilmiş məlumatlara şəffaf giriş sayəsində şirkətlərə istifadəçilərin əmək məhsuldarlığını yaxşılaşdırmağa yardım edir.
Bununla yanaşı, bankda “EMC Documentum eRoom Enterprise” məhsulu - müəssisələr üçün “Documentum eRoom” alətlərini məzmunun idarəetmə imkanları ilə uyğunlaşdıran platform tətbiq olunur. Bu proqram “eRoom Enterprise” proqram təminatı ilə ayrı-ayrı zaman nöqtələrində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri layihə, proqram və əməliyyatların hazırlanması zamanı əməkdaşlıq edib, yaradılmış məlumat bazalarını idarə edə bilərlər.
Bankda, həmçinin kağız daşıyıcılarda, elektron fayllarda və verilənlər mənbələrində olan məlumatları rəqəmləşdirməyə, daha sonra isə onları rəqəmli məzmunlara çevirib, daxili emaletma və saxlama sistemlərinə göndərməyə imkan verən “EMC Captiva InputAccel” həllinin də tətbiq olunması planlaşdırılır. Şirkətinizə verilənlərin əl ilə daxil edilməsini azaltmağa və ya tam aradan qaldırmağa yardım etməklə, “InputAccel” həlli emal zamanı baş verən səhvlərin sayını minimallaşdırır, verilənlərin dəqiqliyini yüksəldir və işin məhsuldarlığını artırır.
Həmçinin bankda “EMC Documentum Reporting Services” hesabatların hazırlanması həllinin tətbiqini qeyd etmək. “EMC Documentum Reporting Services” müştərilərə “EMC Documentum”-un məzmununu daha yaxşı anlamağa imkan verən hesabatların hazırlanması imkanını təqdim edir. “Reporting Services” inzibatçıya məzmunun növü, ölçüsü və istifadə tezliyi haqda, biznes-istifadəçilərinə isə sənədin həyat siklinin mərhələsi haqda məlumatları təqdim edir. Məhsul müxtəlif qrafikli və filtrli hesabatları hazırlamağa və WEB proqramlarda yerləşdirməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR