Bank Of Baku

«Expressbank» filial şəbəkəsini genişləndirir

«Expressbank» filial şəbəkəsini genişləndirir
# 28 iyul 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC 2010-cu il üçün qəbul edilmiş strategiyaya uyğun olaraq, bu ilin sonuna kimi iki yeni filialını istifadəyə verəcək. Bununla da bankın filiallarının ümumi sayı 10-a çatdırılacaq. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank filial şəbəkəsi vasitəsilə öz müştərilərinə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışır.

Hazırda Bakıda və ölkənin digər rayonlarında bankın 8 filialı fəaliyyət göstərir.

Qeyd edək ki, «Expressbank»ın aktivləri 2010-cu ilin iyul ayının 1-nə 76,329 mln. manat, depozit portfeli 43,071 mln. manat, o cümlədən əhalinin əmanətləri 11,892 mln. manat olub. Bankın kredit portfeli 37,811 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 12,676 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 28,047 mln. manata, o cümlədən nizamnamə kapitalı 26 mln. manata çatıb.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR