Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı İT infrastrukturunun modernləşdirilməsi üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı İT infrastrukturunun modernləşdirilməsi üçün tender keçirir
# 28 iyul 2010 12:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mərkəzi Bankı İT infrastrukturunun yeniləşdirilməsi məqsədilə tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, iki lot üzrə keçirilən tender çərçivəsində kompüter, server və şəbəkə avadanlıqlarının alınması, habelə şəbəkə xətlərinin yaradılması nəzərdə tutulub. Tenderin 1-ci lotu kompüter, server və şəbəkə avadanlıqlarının alınması və quraşdırılması, 2-ci lotu isə rabitə və kompüter şəbəkə sistemlərinin yaradılması, elektrik şəbəkə avadanlıqlarının alınması və quraşdırılmasını nəzərdə tutur.

Tender proseduru sentyabrın 14-də AMB-nin inzibati binasında keçiriləcək. İddiaçılar tender təkliflərini sentyabrın 13-dək, digər tender sənədlərini isə sentyabrın 1-dək təqdim etməlidir.

Hər lot üzrə iştirak haqqı 100 manat təşkil edir. Tenderin 1-ci lotu üzrə əlavə məlumatı AMB-nin İnformasiya texnologiyaları Departamentinə 493-11-22 (daxili 3-98), 2-ci lot üzrə isə İnzibati Departamentinə 493-11-22 (daxili 2-95) telefon nömrələrinə müraciət etməklə almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR