Bank Of Baku

Azərbaycanda daha bir neçə iri dövlət və özəl şirkət və təşkilatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçirilir

Azərbaycanda daha bir neçə iri dövlət və özəl şirkət və təşkilatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçirilir
# 28 iyul 2010 13:32 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin «2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların Siyahısı»na etdiyi əlavə və dəyişikliklərə əsasən, siyahıya ictimai əhəmiyyətli qurumlardan əlavə olaraq «kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa» sözləri əlavə olunub.

Əlavə və dəyişikliklərdən sonra siyahıda 22 şirkət və təşkilat yer alıb. Bunlar ARDNŞ, ARDNŞ-in «Azneft» İstehsalat Birliyi, Neft Daşları Neft və Qazçıxarma İdarəsi, «28 May» Neft və Qazçıxarma İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, «Azneftyağ» Neft Emalı Zavodu, Qaz İxrac İdarəsi, «Azəriqaz» İstehsalat Birliyi, Xəzər Dəniz Neft Donanması, «Azərenerji» ASC, «Azərenerji» ASC-nin «Azərbaycan İstilik Elektrik Stansiyası» MMC, «Azərbaycan Hava Yolları» QSC, «Azərsu» ASC, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, «Bakıelektrikşəbəkə» ASC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azərbaycan Dəmir Yolları» QSC, «SilkWay» MMC, «Azercell Telecom» MMC, «Azərenerjitikinti» MMC, «Azərkörpü» ASC və «Akkord İnşaat-Sənaye» MMC-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR