Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 28 iyul 2010 14:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin iyun ayı üzrə 101,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks may ayında 108,9%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, cari ilin iyun ayında məcmu pərakəndə dövriyyəsi 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

Qeyd edək ki, RSI indikatorunun əvvəlki ayla müqayisədə dinamikanı göstərməklə yanaşı 100%-dən aşağı və ya yuxarı olması da əhəmiyyətlidir. Belə ki, RSI indikatorunun 100%-i üstələməsi hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə artdığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR