Bank Of Baku

Bakıda ödəmə sistemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda ödəmə sistemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 29 iyul 2010 08:53 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, konfrans «Royal Bank» ASC və ödəmə sistemlərinin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən «Sysnet» beynəlxalq şirkəti tərəfindən təşkil olunub.

Konfransın açılış mərasimində çıxış edən «Royal Bank»ın İdarə Heyətinin sədri Samir Əkbərov bankın fəaliyyəti barədə qısa məlumat verib və bankın müştərilərə keyfiyyətli xidmətlər təklif etməsinin prioritetliyini vurğulayaraq, bank tərəfindən ödəmə sistemləri, ödəmə kartları, internet bankçılıq sahəsində təhlükəsizliyə xüsusi diqqət yetirdiyini bildirib. Həmçinin, onun sözlərinə görə, bank öz prosesinq mərkəzini yaratmaq niyyətindədir, habelə müştərilərə aparıcı texnologiyalara əsaslanan xidmətlərin göstərilməsini genişləndirir. Bütün bunları nəzərə alaraq, həmin sahədə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi vacib və mühüm məsələdir.

«Sysnet» şirkəti tərəfindən konfransda MDB-də biznesin inkişafı üzrə menecer İqor Lekqodımov və təhlükəsizlik üzrə baş məsləhətçi Aleksey Qrebenyuk iştirak edirlər. İ.Lekqodımov öz çıxışında konfrans iştirakçılarına ödəmə kartların istifadəsində, hesabların internet vasitəsi ilə idarə edilməsində və bu kimi sahələrdə təhlükəsizliyin təmin olunması barədə, mövcud texnologiyalar, nəzarət prosesinin mərhələləri, təhlükəsizlik standartları barədə ətraflı məlumat verib. Qeyd edək ki, məruzə çox əhəmiyyətli olub və konfransda iştirak edən bankların ödəmə sistemləri sahəsi üzrə mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, A.Qrebenyuk tərəfindən təqdim olunmuş və daha detallı və texnoloji olan məruzə ciddi marağa səbəb olub. Onun məruzəsi əsasən təhlükəsizlik sahəsində olan standartlar, nəzarətin qurulması, proqram təminatı, auditin keçirilməsi və bu kimi s. məsələləri əhatə edib.

Xatırladaq ki, tədbirin informasiya dəstəyi hüququ APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR